Dollar 8 manata qalxdı, mağazalarda ərzaq tapılmır, hakimiyyət isə... » AzNews.info -Xəbər portalı

Dollar 8 manata qalxdı, mağazalarda ərzaq tapılmır, hakimiyyət isə... – FOTO

Dollar 8 manata qalxdı, mağazalarda ərzaq tapılmır, hakimiyyət isə...

İqtisadiyyatı enerji daşıyıcılarının ixracından asılı olan daha bir ölkədə neftin və qazın ucuzlaşması iqtisadi kollaps həddinə gətirib çıxarıb.

Virtualaz.org xəbər verir ki, Xəzərin o tayında, Türkmənistanda hazırda hökm sürən iqtisadi vəziyyət barədə həyacanlı məlumatlar yayılır.

ABŞ-ın “Eurasianet” saytı (Soros fondu tərəfindən maliyyələşdirilir) yazır ki, bu günlərdə müstəqilliyinin 25 illiyini təntənə və dəbdəbə ilə qeyd edən bu ölkədə qiymətlər durmadan artır. Nəticədə ən zəruri gündəlik tələbat malları belə qıtlaşıb. Mağazaların boş piştaxtaları bu ölkədə “Venesuela sindromu”nun əlamətlərini göstərir.

Ölkədə dollar qıtlığı da hökm sürür, xarici valyutaının çatışmaması nəticəsində qara bazarda 1 ABŞ dollarının məzənnəsi 8 türkmən manatına qədər qalxıb. Hərçənd ki, Türkmənistan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə əsasən 1 dollar 3.5 manatdır. Nəticədə Aşqabadda mağazalarda olub-qalan mallar, o cümlədən bütün idxal malları kəskin bahalaşır. İstisna ancaq çörək, süd məhsulları və bəzi yarma növləri təşkil edir.
Dollar 8 manata qalxdı, mağazalarda ərzaq tapılmır, hakimiyyət isə...



Bir çox əsas ərzaq məhsullarının , o cümlədən şəkər və yağın qıtlığı haqda xəbərlər hələ oktyabr ayında yayılmışdı. Bir çox dövlət mağazalarında hələ də yerli istehsal olan “Axal” pambıq yağlarını tapmaq olur, ancaq qiyməti ucuz olduğu üçün (1 litri 3.4 manata) onu satışa gələn kimi alırlar. Mağazalar adambaşına 2 şüşədən artıq yağ satmır.

Bəzi iri mağazalar, o cümlədən türklərin “İmpaş” supermarketi və əhali arasında qıt malları satdığına görə populyar olan Belarus ərzaq mağazası qıt mallar təklif edir, ancaq qiymətlər yüksəkdir. Məsələn, “İmpaş” 1 litr zeytun yağını astronomik qiymətə-40 manata təklif edir. Ancaq indi bu mağazalar da mal təchizatında çətinliklər yaşayırlar.

Dollar 8 manata qalxdı, mağazalarda ərzaq tapılmır, hakimiyyət isə...


Xüsusən ağır vəziyyət şəkərlə bağlı yaranıb. Şəkərin dövlət qiyməti 3.2 manatdır, ancaq bu qiymətə heç yerdə şəkər tapmaq mümkün deyil. Mağazalarda bu ərzaq ya olmur, ya da məhdud həcmdə daxil olur və dərhal satılır. Baxmayaraq ki, adambaşına 1 kq-dan artıq şəkər satılmır.

Nəticədə sovet dövründə olduğu kimi alverçilər meydana çıxıb. Bəzi mağazalar şəkər tapan kimi kilosunu 10 manatdan satırlar. Bəziləri isə qeyri-adi marketinq üsullarına əl ataraq şəkəri ancaq o alıcılara satırlar ki, qazlı içki və meyvə şirəsi də alsın. Bunlar isə sadə türkmənlər üçün hədsiz dəbdəbə sayılır.

Əsasən idxal malları kəskin bahalaşsa da Türkmənistanda son günlər ölkədə yetişdirilən meyvə-tərəvəzin də bahalaşdığı haqda xəbərlər gəlir. Xüsusən son bir neçə həftədə toyuq əti də qıtlaşıb. Hazırda toyuq ətinin 1 kiloqramı 14 manatdır, ancaq qiymət yüksək olsa da mağazalara gələn kimi satılıb qurtarır.

Dollar 8 manata qalxdı, mağazalarda ərzaq tapılmır, hakimiyyət isə...


Mağazalarda hökm sürən qıtlıq əhali arasında panika yaradıb, insanlar uzun növbələrə dayanaraq mümkün qədər çox ərzaq tədarükü görmək istəyirlər. Hakimiyyət isə ölkədə hər hansı problemin olduğunu qəti inkar edir. Noyabrın 4-də hökumətin iclasında baş nazir Başimmırat Xochammedov bildirib ki, ilin ötən 10 ayı ərzində istehsal 3.4 faiz artıb, kənd təsərrüfatında 11.3 faiz artım olub.

Prezident Qurbanqulu Berdıməhəmmədov isə deyəsən mövcud situasiyaya görə narahatdır. O, hökumətin iclasında məmurlara tapşırıb ki, mağazalarda ərzaq bolluğu təmin edilsin. Bundan bir neçə gün əvvəl Berdıməhəmmədov Moskvada Vladimir Putinlə görüşüb və ikitərəfli ticarət əlaqələrinimüzakirə edib. Tərəflərin nədə anlaşdığı məlum deyil, ancaq Berdıməhəmmədov Moskvadan qayıdandan sonra mağazalarda Rusiya istehsalı olan günəbaxan yağı

peyda olub-litri 8 manata.

Dollar 8 manata qalxdı, mağazalarda ərzaq tapılmır, hakimiyyət isə...


Virtualaz.org qeyd edir ki, qonşu Türkmənistanda hökm sürən bu qıtlıq Azərbaycanın ərzaq istehsalı ilə məşğul olan şirkətləri üçün yaxşı ixrac imkanları yarada bilər.Çünki Türkmənistandan fərqli olaraq Azərbaycanda bir çox əsas ərzaq məhsullarına tələbat yerli istehsal hesabına ödənilir, üstəlik ixrac imkanları da var. Məsələn, toyuq əti, yumurta, bitki yağları, ət məhsulları, konservlər istehsal edən müəssisələr Türkmənistan bazarında öz mallarını sərfəli qiymətə sata bilərlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *