“Elektron cinayət işi” modulu nəyə xidmət edəcək?
“Vergilər Nazirliyi tərəfindən istintaqı aparılan cinayət işləri üzrə ibtidai araşdırmanın tezliyini və keyfiyyətinin artırılması, istintaqa nəzarətin gücləndirilməsi və cinayət işləri üzrə vahid statistik elektron uçot bazasının formalaşdırılması məqsədilə nazirlik tərəfindən “Elektron cinayət işi” modulunun tətbiqinə başlanılıb”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə deyib.
“Bu yeni modulun tətbiqi başa çatdırılmış cinayət işləri üzrə elektron istintaq materiallarının gələcəkdə prokurorluq orqanları vasitəsilə elektron məhkəmə sisteminə qoşulmuş məhkəmə orqanlarına göndərilməsi mümkün olacaq”, - deyə Z.Məmmədzadə qeyd edib.
Qeyd edək ki, yeni modulun tətbiqinə bu ilin noyabrın 21-də başlanılacaq.
Mənbə:> Oxu.az