Azərbaycanda tikinti obyektlərinə dair yeni tələb müəyyən edilir » AzNews.info -Xəbər portalı

Azərbaycanda tikinti obyektlərinə dair yeni tələb müəyyən edilir – VİDEO

Azərbaycanda tikinti obyektlərinə dair yeni tələb müəyyən edilir


Bakıda çoxmərtəbəli binalar tikiləndə ətrafında yaşıllıq zonası nadir hallarda olur. Yaşıllıq zonası bir yana, hətta elə binalar var ki, əməli-başlı həyətyanı sahəsi yoxdur. Tikinti normalarının pozulmasından da ən çox sakinlər əziyyət çəkir. Bu məsələyə nəzarəti gücləndirmək üçün şəhərsalma və tikinti məcəlləsinə dəyişikliklər ediləcək.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, binalar tikilərkən nə yaşıllığa, nədəki həyətyanı sahənin genişliyinə fikir verilirdi. Kiçik bir ərazidə belə hündürmərtəbəli bina tikilərək vətəndaşlara satılırdı.

Paytaxt Bakıda yaşayış məntəqələri və binaları ətrafında yaşıllıqların sayının azalması aidiyyəti qurumları hərəkətə keçirib. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulub.

Noyabrın 11-də Milli Məclisdə plenar iclasda müzakirə ediləcək dəyişikliyə əsasən, yaşayış binaları ətrafındakı yaşıllıqlar normalara uyğun olmalıdır. Yaşılıq normaları ilə yanaşı, sıxlığa görə hər yerdə bina tikintisinə icazə verilməyəcək.

Yaşıllıq zonasında ağacların əkilməsi şərt deyil. Burada qazon, kol bitkilərinin, eləcə də güllərin olması kifayət edir. Yaşıllıq normalarının Şəhərsalma və Tikinti Məcəlləsinə salınmasının böyük əhəmiyyəti var. Ən azından bu amil sonradan sözügedən prinsipin pozulması zamanı ciddi tədbirlər görməyə əsas yaradacaq.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *