Tikinti layihələri ilə bağlı tələbin tətbiqi müddəti uzadılır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Tikinti layihələri ilə bağlı tələbin tətbiqi müddəti uzadılır

Tikinti layihələri ilə bağlı tələbin tətbiqi müddəti uzadılır


Azərbaycanda tikinti layihələrinin şəhərlərin müfəssəl planına uyğunluğu ilə bağlı tələbin tətbiqi müddəti uzadılır.

Oxu.Az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik edilir.

2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinə görə, ərazi planlaşdırılması növlərindən biri olan müfəssəl planlar şəhərlərin, qəsəbələrin və ya onların ərazi hissələri üçün hazırlanır. Müfəssəl planda şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit edilir.

Məcəlləyə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdyi tələblərə uyğun olmalıdır. Bu tələbin Məcəllənin qüvvəyə mindiyi 2013-cü il 1 yanvar tarixdən 3 il sonra tətbiqi edilməsi nəzərdə tutulur. Lakin indiyədək bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissəsinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi başa çatmadığından müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb.

Bununla əlaqədar olaraq, yeni layihədə planın məcburi tətbiqi müddətinin bir il uzadılması təklif edilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *