Dollarla olan qorunan əmanətlər köhnə məzənnə ilə qaytarıla bilərmi? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dollarla olan qorunan əmanətlər köhnə məzənnə ilə qaytarıla bilərmi?

Dollarla olan qorunan əmanətlər köhnə məzənnə ilə qaytarıla bilərmi?


“Əhalinin lisenziyası əlindən alınmış banklardakı xarici valyuta ilə olan əmanətləri, guya həmin əmanətlər banka yerləşdirildiyi vaxtdakı kursla - köhnə məzənnəylə qaytarılır.

Bir müddət əvvəl isə qeyd edirdilər ki, ümumiyyətlə, əmanətlər üzrə kompensasiyalar qoyulduğu növdəki valyuta, yəni xarici valyuta ilə qaytarılmır. Halbuki, heç bir halda belə bir hal baş verməyib”.

Bu barədə Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, bu məsələ “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir:

“27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir.

Əmanətlər dollar və ya avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

27.3. Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur”.

Ekspert əlavə edib ki, bağlanan bankların əmanətçilərinə verilən kompensasiyanın məbləği heç bir halda sığorta hadisəsi baş verən gündə qeydə alınmış kursdan kənar qaytarıla bilməz:

“O ki qaldı məzənnə məsələsinə, sığortalanma şərtlərinə uyğun, yəni ki, indiki halda manatla 15%, dollarla isə 3% təkliflə yerləşdirilmiş əmanətlər sığorta hadisəsi baş verən gündə qeydə alınmış kursdan kənar məzənnə ilə qaytarılmır və heç bir halda da qaytarıla bilməz - nəyinki “Bank Standard” üzrə, hətta indiyədək bağlanmış bütün digər banklar üzrə də.

Xatırladım ki, bu ilin mart ayının 1-dək isə sözügedən şərtlər manatla da, dollarla da 12% olmaqla başqa idi və hələ üstəlik, 30 min manatədək limit şərti də vardı.

Qeyd olunan tarixdən sığorta şərtləri manatla 12%, dollarla isə 3% təkliflə edilməklə, maksimal məhdudiyyət aradan qaldırıldı. Sentyabrdan isə manatla faiz şərti 15% edildi.

Göstərilən şərtlərdən kənar yerləşdirilmiş, yəni sığortalanmayan əmanətlər üzrə kompensasiyaların necə və hansı şəkildə qaytarılmasının isə bütün bunlara heç bir adiyyəti yoxdur. O cümlədən, əmanətləri üzrə kompensasiya ödənişləri yuxarıda adını çəkdiyimiz qanunun 27,3 maddəsində uyğun hesablanır”.

P.Heydərov həmçinin əlavə edib ki, bu gün “Bank Standard”ın qorunan əmanətçilərinin böyük qismi kompensasiyanı məhz “Əmanətlərin Sığortalanması haqqında” qanunun 27,3 maddəsinə uyğun alır:

“Yeri gəlmişkən, məsələn, bu gün bilavasitə “Bank Standard” da 262 min bank hesabı, 158 min əmanətçi var ki, bunun 15 minə qədər hissəsinin əmanəti məhz 27,3 maddəsinə uyğun olaraq qaytarılır”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


A little girl, eyes wave Leng rolex replica Leng's blink a few times, looked at the watch on the wristbreitling replica piece of pink watches, still walking, show time 6:45:45, she paused, lift Fromreplica watches uk the right hand to remove the watch, suddenly remembered swiss replica watchesher mother once said to her, this watch waterproof, expensive, very expensive, do not throw in the water Oh.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *