Qonşusuna zamin durdu, pensiya pulundan oldu » AzNews.info -Xəbər portalı

Qonşusuna zamin durdu, pensiya pulundan oldu – VİDEO

Qonşusuna zamin durdu, pensiya pulundan oldu


Qonşusu üçün oxumadan imzaladığı zaminlik sənədi başına iş açdı.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Şamaxı sakini Salman Babayev zamin durdugu qonşusunun borcunu ödəyir. Onun sözlərinə görə, bir neçə il əvvəl kredit müqaviləsi imzalanarkən bir neçə sənəd imzalayıb.

Salman Babayev deyir ki, imzaladığı sənədlərin heç biri ilə tanış olmayıb. İndi zamin durdugu adam həbs olunub. Məhkəmə qərarı ilə onun kredit borcu Salman Babayevin pensiya pulundan tutulur. Baxmayaraq ki, Salman Babayevə məhkəmədən xəbərdarlıq da olunmayıb.

Vəkil Xəyal Bəşirov bildirir ki, hər kəs başqasına zamin durarkən dərk etməlidir ki, zamin durduğu şəxsin başına bir hadisə gələrsə, o, kreditin ödənişini tam şəkildə öz üzərinə götürür. Buna görə imzanı atmadan öncə bunu mütləq düşünməlidirlər. O ki qaldı məhkəməyə dəvət edilmədən hesabından pul çıxılması, bu məqamda qanun vətəndaşın tərəfindədir.

Belə hallarla qarşılaşmamaq üçün mütəxəssislər bu vəziyyəti aşkar edən andan vətəndaşları dərhal məhkəməyə müraciət edərək öz haqlarını tələb etməyə çağırırlar.


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *