Neftin son qiymətləri
Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, hərracların nəticələrinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,15% azalaraq 51,95 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18% ucuzlaşaraq 50,35 dollar təşkil edib.
Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 52,11 və 50,74 dollar təşkil etmişdi.
Mənbə:> Oxu.az