Gömrük rüsumlarının artırılması Gürcüstan məhsullarına təsir etməyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Gömrük rüsumlarının artırılması Gürcüstan məhsullarına təsir etməyəcək

Gömrük rüsumlarının artırılması Gürcüstan məhsullarına təsir etməyəcək


Azərbaycanda idxala görə gömrük rüsumlarının artırılması Gürcüstanın istehsal etdiyi məhsullara təsir etməyəcək.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Gennadi Arveledze bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi idxal ilə bağlı dəyişikliklərin Gürcüstana təsir etməyəcəyini təsdiqləyib.

“Biz Azərbaycanla azad ticarət haqqında ikitərəfli və çoxtərəfli saziş imzalamışıq. Buna görə, tariflərin artımı Gürcüstan mənşəli məhsulların istehsalına təsir etmir. Biz Azərbaycan tərəfi ilə bu barədə məsləhətləşmələr apardıq və onlar bizə bunu təsdiq etdilər”, - deyə Arveladze bildirib.

Xatırladaq ki, Azərbaycan iki il ərzində xaricdən daxil olan bəzi malların idxalına gömrük rüsumlarını artırıb. Qərar 2016-cı ilin noyabrında, dərc edildiyi gündən 30 gün sonra iki il müddətinə qüvvəyə minir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *