Samir Əliyev: Kəskin devalvasiya olmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Samir Əliyev: Kəskin devalvasiya olmayacaq

Samir Əliyev: Kəskin devalvasiya olmayacaq


“Manat “üzən məzənnə”yə nəzəri olaraq keçib, məzənnə sərt şəkildə idarə olunur”.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifovun şərhlərindən sonra bu nəticəyə gəlib.

Onun sözlərinə görə, manatın mövcud məzənnəsi real deyil, bazarın öhdəsinə buraxılarsa, daha da aşağı düşər:

“Şərhlərdən anladım ki, hökumət kəskin devalvasiyaya imkan daxilində getməyəcək, ancaq yumşaq devalvasiya davam etdiriləcək. Manatın məzənnəsi tədiyyə balansının vəziyyətinə uyğun tənzimlənəcək”.

Ekspertin fikrincə, məmurların sözündən belə nəticəyə gəlmək olar ki, dövlət büdcəsinin xərcləri getdikcə kiçilməkdə davam edəcək, idxal müxtəlif üsullarla məhdudlaşdırılacaq, əhaliyə kreditlər üzrə güzəştlər olmayacaq.

“Manatın bahalaşmasını şərtləndirən amil yoxdur. Ona görə də eyforiyaya qapılıb, manatın bahalaşacağını gözləməyə dəyməz”, – deyə S.Əliyev qeyd edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *