Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,13 dollar və yaxud 0,27% azalıb.
Oxu.Az-ın məlumatına görə, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 48,08 dollara bərabər olub.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Mənbə:> Oxu.az