Manat bahalaşıb
Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 19-a olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 16-i ilə müqayisədə 0,03% ucuzlaşaraq 1,6370 manat olub.
Digər valyutaların məzənnələrinə gəlincə, avronun məzənnəsi 1,8406 manatdan 18281 manata düşüb. Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0252 manat olub.
Türkiyənin milli valyutası olan lirənin məzənnəsi isə 0,5516 manatdan 0,5499 manata düşüb.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1671 manatdan 2,1343 manatadək ucuzlaşıb.
Mənbə:> Oxu.az