Siqaretlərin qiyməti niyə “oynayır”? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Siqaretlərin qiyməti niyə “oynayır”?

Siqaretlərin qiyməti niyə “oynayır”?


Siqaretin qiymətinin “oynaması” dolların qara bazardakı qiymətinin qalxıb-düşməsi ilə əlaqədardır.

AzNews.info xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

İqtisadçı bildirib ki, siqaret istehsal edən şirkətlər məhsulun qiymətini dolların qiymətinə görə təyin edir:

“Siqaretlər Azərbaycanda istehsal olunsa da, onun tərkibinə qatılan komponentlər xaricdən gətirilir. Siqaretlərin bahalaşmasına dolların manata nisbətən ucuzlaşması təsir göstərir. Şirkətlər görəndə ki, dolların qiyməti qalxır, məcbur olub istehsal etdiyi məhsulun qiymətini qaldırır. Çünki şirkətlər dolları qara bazardan alır”.

S.Əliyev hazırda bazarlarda sakitliyin yarandığını qeyd etsə də, bunun müvəqqəti xarakter daşıdığını düşünür: “Görünür şirkətlərə də müəyyən inzibati təsirlər olunub. Məhz o təsirlərə görə qiymətlər düşüb. Nəzərə alsaq ki, qısa müddətdə manatın möhkəmlənməsi gözlənilmir, deməli, siqaretin qiyməti tədricən qalxacaq”.

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *