SOCAR maliyyə mənbəyi axtarır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR maliyyə mənbəyi axtarır

SOCAR maliyyə mənbəyi axtarır


“TANAP layihəsi qrafikə uyğun həyata keçirilir, hətta layihənin bəzi hissələrində qrafiki qabaqlayırıq”.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

“Dünən mənə verilən məlumata görə, artıq 850 km boru qaynaqlanıb. İşlər plana uyğun həyata keçirilir”, - deyə R.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsində də heç bir problem yoxdur. “Bununla yanaşı, hökumət layihənin maliyyələşdirilməsi üçün xaricdən ucuz və uzun müddətə maliyyə vəsaitinin cəlb olunması üçün danışıqlarını davam etdirir. Danışıqlar hələ bir müddət davam edəcək”, - deyə o bildirib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *