Vergi bəyannamələrinin yeni formaları təsdiq edildi
Onların tərtib edilmə qaydalarında da dəyişiklik edilib.
“Gəlir vergisinin bəyannaməsi”, “Mənfəət vergisinin bəyannaməsi”, “Torpaq vergisinin bəyannaməsi”, “Əmlak vergisinin bəyannaməsi” və onların tərtib edilmə qaydaları, “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması, “Dövlət rüsumunun tutulması haqqında hesabatın tərtib edilməsi qaydası” təsdiq edilib.
Oxu.Az bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Habelə, “Sadələşdirilmiş vergininin bəyannaməsi” və “Əlavə dəyər vergisinin bəyannaməsi”nə, “Xüsusi notariusun gəlir vergisi bəyannaməsinə”, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ə əlavələr və onların tərtib edilmə qaydalarına dəyişikliklər təsdiqini tapıb.
Daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://www.taxes.gov.az/modul.php?name=beyanname&cat=4&lang
Mənbə:> Oxu.az