Manat dollar, avro və rubla nisbətdə ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 26-a olan rəsmi məzənnəsini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı dolların rəsmi məzənnəsi avqustun 25-i ilə müqayisədə 0,22% bahalaşaraq 1,6280 manat olub.
Rəsmi məzənnəyə əsasən, türk lirəsi 0,5513 manatdan 1,5444 manata düşüb.
Avrozonanın vahid valyutası olan avro isə 1,8308 manatdan 1,8374 manata qalxıb.
Rusiyanın milli valyutası olan rubl isə 0,0249 manatdan 0,0251 manatadək bahalaşıb.
Mənbə:> Oxu.az