Dollar sabit qaldı, avro bahalaşdı, rubl isə ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 23-ə olan rəsmi məzənnəsini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı dolların rəsmi məzənnəsi avqustun 22-i ilə müqayisədə dəyişməyərək 1,6204 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 türk lirəsi 0,5518 manatdır.
Avrozonanın vahid valyutası olan avro isə 1,8369-a qalxıb.
Rusiyanın milli valyutası olan rubl isə 0,0252 manatdan 0,0250 manata düşüb.
Mənbə:> Oxu.az