Kredit hansı məzənnə ilə ödənilməlidir? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Kredit hansı məzənnə ilə ödənilməlidir? – VİDEO

Kredit hansı məzənnə ilə ödənilməlidir?


Xarici valyutada kredit götürmüş şəxs aylıq borcu manatla ödəyəndə məbləğ bankın həmin günə müəyyən etdiyi məzənnə ilə hesablanır. Bu da narazılığa səbəb olur. Müştəri rəsmi məzənnəyə uyğun ödəniş etmək istəsə də, qanun buna yol vermir.

Bu barədə Oxu.Az XezerXerber-ə istinadən xəbər verir.

Mərkəzi Bankın qərarına əsasən, banklar xarici valyutanı rəsmi məzənnədən 4 faiz aşağı və ya yuxarı hədlə alıb-sata bilər. Bu həd çərçivəsində məzənnənin müəyyənləşdirilməsi sərbəstdir. Kredit ödənişi vaxtı da bankın təyin etdiyi məzənnəyə uyğun məbləğ qəbul olunur.

Bu hal vətəndaşların etirazına səbəb olsa da, banklar qanunvericiliyə uyğun hərəkət edir. Ancaq vətəndaş pulunu krediti ödədiyi bankda konvertasiya etdirməyə bilər.

Bununla yanaşı, ay ərzində də gündəlik məzənnələri izləmək tövsiyə olunur. Növbəti ödənişə qədər dolların ən ucuz olduğu gün manatı bu valyutaya dəyişib saxlamaq, ödəniş günü isə banka təqdim etmək olar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *