Noutbuk bazarının lideri məlum oldu » AzNews.info -Xəbər portalı

Noutbuk bazarının lideri məlum oldu

Noutbuk bazarının lideri məlum oldu


“Lenovo” şirkəti noutbuk satışında lider olub.

AzNews.info-nun məlumatına görə, İKT.lent.az-ın xəbərinə görə, bu barədə “TrendForce” statistik agentliyinin nümayəndələri məlumat veriblər.

Mütəxəssislərin sözlərinə görə, bu ilin birinci yarısında ümumilikdə müxtəlif markalardan olan təxminən 74,18 milyon ədəd noutbuk satışa çıxarılıb. Bu cihazların bazarı 2015-ci ilin analoji dövrün nəticələri ilə müqayisədə 4% azalıb.

Cari ildə noutbuklar bazarının lideri bazarda 20%-dən artıq paya malik “Lenovo” brendi olub. Şirkət bu müddət ərzində 16 milyon ədəd portativ kompüter satışa çıxarıb ki, bu da ötən ilin nəticələrinə nisbətdə 4,5% çoxdur.

“MacBook” seriyasından olan cihazların istehsalı ilə məşhurlaşan “Apple” şirkəti isə müştərilərini itirməyə başlayıb. Hazırda “Apple”nin bazardakı payı cəmi 7,9%-dir. Bu da ötən ilin nəticələri ilə müqayisədə 25% azdır. “Asus” və “Dell” şirkətlərinin satışları da azalıb.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *