Ölkəyə gətirilən mallara məhdudiyyət qoyulub » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Ölkəyə gətirilən mallara məhdudiyyət qoyulub

Ölkəyə gətirilən mallara məhdudiyyət qoyulub


Bu gündən etibarən Azərbaycanın gömrük sərhədindən keçirilən siqaret, qızıl və almazla bağlı zaman məhdudiyyəti tətbiq olunacaq.

AzNews.info Report-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin avqustun 8-də qüvvəyə minən “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliyə əsasən, aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısında nəzərdə tutulan qiymətli metallar və qiymətli daşlarla bağlı 1500 ABŞ dolları ekvivalenti ləğv olunub.

Bundan əvvəl zaman məhdudiyyəti tətbiq olunmayıb.

Bundan başqa, əvvəllər gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsulları zaman məhdudiyyəti qoyulmadan keçirilirdisə, indi hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları keçirilə bilər.

Gömrük sərhədindən keçirilən mallar müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Əks halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçiriləcək.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *