Azərbaycan internetində nə baş verib? - Provayderlər məhkəməyə verilir
Son günlər Azərbaycan internetində əlçatımlıq, keyfiyyət və dayanıqlı xidmətlə bağlı müəyyən problemlər müşahidə olunur.
Azxeber.com-un məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
"Son günlər Azərbaycan internetində əlçatımlıq, keyfiyyət və dayanıqlı xidmətlə bağlı müəyyən problemlər müşahidə olunur. Belə hallarda diqqət ilk növbədə ölkənin əsas internet təchizatçısı, milli operator olan Delta Telecom-a və həmçinin də ikinci backbone provayder olan Azərtelekom-a yönəlir.
Ötən ilin noyabrında ciddi sınaq qarşısında qalan Delta son dövrlərdə öz infrastrukturunu, bütün sistemini yenidən qurmaq üçün, alternativləır üzərində qurmaq üçün ciddi çalışırdı. Bildiyim qədər baş verənlərin təkrarlanmaması üçün də xeyli işlər görülüb.
Amma görünən budur ki, zaman-zaman yenə də Azərbaycan internetində problemlər yaşanır. Əlbəttə, texnologiyalar, texnika və internet olan yerdə problemlər qaçılmazıdr. Bununla belə problemlərdən yayınmaq və onların həllinə diqqət də gündəlik işə çevrilməlidir, problemlər zamanında həll olunmalıdır.
Müşahidələr göstərir ki, son günlərdə Azərbaycan internetində yaşanan problemlər də məhz köhnə problemlə, Delta Telecom-la povayderlər arasında baş verənlərlə, ciddi maliyyə problemi ilə bağlıdır.
Provayderlərin, xüsusən də dövlət provayderlərinin Delta-ya olan borcunun hədsiz artması öz infrastrukturunu yeniləmək istəyən Delta- yla provayderlərin münasibətlərini xeyli kəskinləşdirib.
Provaydrelərin Delta Telecom-a borcu katastrofik məbləğə gəlib çatıb : 30 milyon manat.
Təkcə dövlət provayderlərinin bu quruma 10 milyonadək borcu olduğu bildirilir.
Həqiqətən də dəfələrlə borcunu qaytarmayan Provayderlərin internet bağlantısının kəsilməsi gündəmə gəlib.
Bunun nəticələrinin çox ağır olacağı, yüz minlərlə internet istifadəçisinin internetsiz qalacağını nəzərə alınaraq Azərbaycan İnternet
Forumuna (AİF) da qabaqcadan bununla bağlı məlumatlar verilib.
Biz isə AİF olaraq Provayderlərin internetinin kəsilməsini yox, problemin məhkəmə qaydasında həllini təklif etmişik. Eyni zamanda hökumətdən, RYTN-dən bu problemin həllinə diqqət yetirilməsinin vacibliyini bildirmişik.
Görünən budur ki, situasiya, “30 milyon borclu olan provaydrelər və Delta” problemi hədsiz dərəcədə kəskinləşib. Bu cür situasiyadan isə, Azərbaycanın internet infrastrukturu, cəmiyyət, internet istifadəçiləri çox əziyyət çəkir. Son zamanlar vəziyyət daha da kəskinləşib, bunun müqabilində də ölkədə internetin keyfiyyəti hədsiz dərəcədə pisləşib.
Təbbi ki, bütün bunların nəticəsində öz sistemlərini yeniləyə bilməyən, öz infrastrukturuna investisiya yatıra bilməyən, internet istifadçilərə birbaşa xidmət göstərə bilməyən, satdığı internetin pulunu ala bilməyən Delta-nın da düşdüyü vəziyyət anlaşılandır.
Yenə də o fiikirdəyik ki, internet istifadəçilərdən qabaqcadan xidmətin haqqını alan və gəlirlə işləyən provaydrelərin, xüsusən də dövlət provayderlərinin borcunu ödəməməsi yolverilməzdir. İnternetin kəsilməyəcəyinə arxayın olan provaydrelər artıq doğurdan da ifrata varırlar.
Düşünürük ki, RYTN, müvafiq qurumlar bununla bağlı daha ciddi tədbirlər görməli, hər ay 3-4 milyon gəlir götürən dövlət provayderlərinin Delta-ya borcunun ödənilməsi üçün konkret vaxt müəyyən olunmalıdır. Delta hüquqşunaslar cəlb edərək məhkəmə -hüquq müstəvisində problemlərin həllini sürətləndirməlidir.
Düşünürəm ki Delta-nın özünün birbaşa internet bazarına daxil olaraq, son istifadəçiyə ən azı mobil internet xidməti təklif etməsi də situasiyanı internet istiafdəçilərin xeyrinə dəyişə bilərdi, provayderlərin məsuliyyətini qaldıra bilərdi.
Fikrimcə keyfiyyətsiz internet təklif edən provayderlərin çoxsaylı istifadəçilər tərəfindən məhkəməyə verilməsi də situasıyanı müsbət istiqamətdə dəyişə bilərdi.
Nazirliyin yeni rəhbərliyi internet mühiti üçün gərəkli olan dövlətə məxsus kabel – kanal sistemini yenidən qurmağa çalışır. Bununla belə bu qurumun internetin keyfiyyəti və rəqabətli mühit yaradılması istiqamətindəki səylərini hələlik heç bir halda yetərli hesab etmək olmaz.
Fikrimcə ikinci səviyyəli provayderlərin dövlətə ödədiyi vergilərlə bağlı, Delta-dan aldığı və istifadəçilərə satdığı internet trafikdən ödədiyi vergilərin ciddi araşdırılması da vəziyyəti yaxşılaşdıra bilərdi.
Delta, eləcə də Azərtelekom xidmətin keyfiyyətini və şəffaflığı artırmalı, internet mühitinə təsir edən istənilən qərarla, profilaktika işləri ilə bağlı qabaqcadan internet ictimaiyyətini məlumatlandırmalı, ictimai nəzarət imkanları yaratmalıdırlar.
Bildiyim qədər Delta artıq borcu ödəməyib Azərtelekom-a keçən, Nar tərəfindən satın alınan CityNet-i məhkəmə00yə verib.
AİF olaraq biz hazırda Azərbaycan internetində ciddi məsələyə çevrilmiş bu problem və onun həlli istiqaməıtində araşdırmalarımızı və səylərimizi davam etdiririk. “Asan İnternet” xidmətinin yaradılması üzərində çalışmalarımız da davam edir.
Ümumiyyətlə sektorda vəziyyətin kökündən yaxşılaşdırılması üçün telekommunikasiya sektorunda idarəetmənin daha effektiv qurulmasını, iri telekommunikasiya qurumlarının özəlləşdirilməsi prosesinə başlanılmasını, dövlət provaydrelərinin statusuna yenidən baxılmasını, özəl provayderlərə olan təpkilərin və maneçiliklərin aradan qaldırılmasını, kabel –kanal sistemindən provayderlərin bərabər əsaslarla istifadəsi üçün imkanlar yaradılmasını indiki zamanda olduqca vacib hesab edirik.
Böyük məbləğdə yaranan borc probleminin Delta - provayderlər müstəvisindən kənara çıxdığını, bu problemin artıq ölkənin internet infrastrukturunun normal fəaliyyətinə ciddi maneçilik yaratdığını nəzərə alaraq problemin həlli üçün RYTN-də maraqlı tərəflərin iştirakı ilə müzakirənin keçirilməsinin də faydalı olacağını düşünürük".
Mənbə:> Azxeber.com