Azərbaycan neftinin qiyməti ucuzlaşdı
Neftin digər markaları üzrə də ucuzlaşma müşahidə edilir.
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Oxu.Az-ın məlumatına görə, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,25 dollar və ya 0,54% ucuzlaşaraq 45,95 dollar təşkil edib.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Mənbə:> Oxu.az