“Moody’s”: Azərbaycan iqtisadiyyatının bərpası gələn il başlayacaq » AzNews.info -Xəbər portalı

“Moody’s”: Azərbaycan iqtisadiyyatının bərpası gələn il başlayacaq

“Moody’s”: Azərbaycan iqtisadiyyatının bərpası gələn il başlayacaq


“Əmanətlər borclardan daha çox dollarlaşıb”.

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini “neqativ” proqnozla “Ba1” səviyyəsində təsdiq edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, agentlik Azərbaycanın iqtisadi geriləməsinin dünya bazarında neft qiymətlərinin azalması və milli valyutanın devalvasiyası ilə dərinləşdiyini qeyd edib.

“Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu ilin II rübündə ÜDM 3,2%, I rübdə 3,6% azalıb və 2015-ci ilin sonuncu rübündə 6,5% kiçilmə qeydə alınıb.

ÜDM-də analoji üç ardıcıl rüblük azalma kredit reytinqinin neqativ olmasına səbəb olub və bu, neftin qiymətinin aşağı düşməsi və yerli valyutanın kəskin devalvasiyası ilə əlaqədar Azərbaycanın iqtisadi, valyuta və bank böhranının ağırlığını əks etdirir”, - deyə “Moody’s” ekspertləri qeyd ediblər.

Bu ilin birinci yarısında qeyri-neft sektorunda iqtisadi aktivlik illik müqayisədə 6,1% azalıb, neft sektorunda isə 2,1%-ə qədər artım qeydə alınıb. İqtisadi geriləmənin əsas səbəbi I yarımillikdə tikinti sektorunun 33,6%, yükdaşımaların 2,3% azalması ilə bağlıdır. Qeyri-neft sənayesi istehsalında isə 2%-dən çox artım olub.

Ölkə hökumətinin ÜDM-lə bağlı 2016-cı il üçün 3,3%-lik azalma qeydə alınması ehtimalı bizim proqnoza uyğundur. Daxili tələbatın bərpa olunması ilə 2017-ci ildə real ÜDM-in artımının 0% ətrafında proqnozlaşdırırıq”, - deyə agentliyin məlumatında bildirilib.

Qeyd olunub ki, tikintidə kəskin azalmanın səbəbi dövlətin kapital xərclərini və borcverməni azaltması ilə bağlıdır. Məlumata görə, neftin qiymətininn aşağı düşməsi ilə Azərbaycan iqtisadi, fiskal və xarici baxımdan yenidən təşkiletmə mərhələsinə daxil olub.

“Hökumətin cavabı, xüsusilə də manatın dəyərinin aşağı salınması qərarı aşağı neft qiymətlərinin təsirini nəzarət altına almağa kömək edib, amma bank sistemini valyuta disbalansı qarşısında qoyub, çünki əmanətlər borclardan daha çox dollarlaşıb”.

Bildirilib ki, gəliri milli valyutada olan borcalanlar üçün xarici valyutada borc ödəmək prosesinin çətinləşməsi ilə devalvasiya bank aktivlərinin keyfiyyəti və gəlirliyinə ciddi ziyan vurub. Həmçinin, manatın zəifləməsi yüksək inflyasiyaya səbəb olub.

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin I yarısında inflyasiya 10,5% olub. Buna görə də məişət xərcləri sahəsində bu il durğunluğun olmasını, inflyasiyanın 2017-ci ildə azalmasını və iqtisadiyyatın bərpa prosesinin başlamasını gözləyirik. İxracın 90%-nin, dövlətin məcmu gəlirlərinin 60-70%-nin, ÜDM-in 50%-nin neftlə bağlı olması səbəbindən Azərbaycan iqtisadiyyatı neftin qiymətindəki dalğalanmalara ən çox məruz qalanlardan biridir.

Dövlət borcunun ÜDM-ə nisbətinin bu il 2014-cü ildəki 11,2%-dən 29,6%-ə çatacağını proqnozlaşdırırıq”, - deyə hesabatda qeyd olunub.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *