Mənzilin satışından vergi necə tutulur? – MİSALLAR
Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 1 yanvar 2016-cı ildən etibarən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb olunur.
Oxu.Az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən vergi tutulmur:
- fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi,
- daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi,
- daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması,
- əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi.
Verginin hesablanma qaydası ilə bağlı aşağıdakı linkdən tanış olmaq olar:
http://www.taxes.gov.az/uploads/2015/mecelle/emlak.pdf
Mənbə:> Oxu.az