Türkiyə maliyyə bazarlarında nə baş verəcək?
“Öncəliklə həftənin ilk iş günü açılmadan Türkiyə Mərkəz Bankı tərəfindən bazara istənilən qədər TL və USD likvidlik verəcəyini, yüksəkvəzifəli iqtisadi brokratların bazara yönəlik verdiyi açıqlamalarla bankların və kapital bazarların normal vəziyyədə fəaliyyətə başlayacağı gözlənilir (maliyyə bazarı bu gün açılmaya da bilərdi)” .
Oxu.Az-ın məlumatına görə, bu barədə kapital bazarları üzrə ekspert Cəfər İbrahimli bildirib.
Cümə axşamı Türkiyə maliyyə bazarları bağlı olsa da, xarici bazarlarda 5,5% dəyər itkisi ilə 3,05 USD/TL-yə yüksələn məzənnə bu açıqlamalardan etibarən Asya bazarlarının açılması ilə 2,96 USD/TL-yə qədər geri çəkildi.
Maliyyə bazarları açılmadan baş nazirin müavini Məhmət Şimşək TV kanalında canlı yayında, alınan tədbirlərlə bağlı biznes dünyasını və investorları məlumatlandırır. Ölkədə baş verən proseslər fonunda həftə ərzində maliyyə bazarlarında ciddi həddə istiqrarsızlıq olmayacağı və dalğalanmaların olacağı gözlənilir.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli