Neftin qiymətləri Türkiyədəki hərbi çevrilişə cəhddən sonra bahalaşır
Dünya birjalarında neftin qiyməti bahalaşmaqdadır.
Oxu.Az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,42% bahalaşaraq bir barelə görə 47,81 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09% artaraq 45,99 dollar təşkil edib.
Qeyd edək ki, analtiklər neftin qiymətində müşahidə olunan bahalaşmanı Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqələndirirlər.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli