AZAL Türkiyəyə uçuş biletlərini dəyişdirir və ya geri qaytarır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

AZAL Türkiyəyə uçuş biletlərini dəyişdirir və ya geri qaytarır

AZAL Türkiyəyə uçuş biletlərini dəyişdirir və ya geri qaytarır


Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar Azərbaycandan Türkiyəyə ləğv edilmiş təyyarə reyslərinə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

Oxu.Az-ın məlumatına görə, AZAL bildirir ki, ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları”nın aşağıdakı reysləri təxirə salınıb.

J2-8103 (06:45) Bakı-İstanbul

J2-8075 (08:45) Bakı-İstanbul

J2-8003 (09:10) Bakı-Ankara

Bu reyslərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

Türkiyə kurortlarına AZAL reysləri isə heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *