Azərbaycan əhalisinin nominal gəlirləri artıb
Azərbaycanda bu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,4% artaraq 21 milyard 493,9 milyon manata çatıb.
Bu barədə Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Gəlirlərin 78,2%-i son istehlak xərclərinə (təxminən 16,8 milyard manat - red.), 9,3%-i vergilərin, sığorta və üzvlük haqlarının (təxminən 2 milyard manat - red.), 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə (580,335 milyon manat - red.) sərf edilib.
Gəlirlərin 9,8%-i (təxminən 19 milyard 500,6 milyon manat - red.) isə yığıma yönəldilib.
Mənbə:> Oxu.Az