Bakı liftlərində reklamlar nümayiş olunacaq » AzNews.info -Xəbər portalı

Bakı liftlərində reklamlar nümayiş olunacaq – FOTO

Bakı liftlərində reklamlar nümayiş olunacaq


Şirkətlərin marketinq departamentləri reklam xərclərini azaldaraq, az vəsait ilə daha effektiv reklam məcralarının axtarışına başladığı bir dövrdə, Bakı Lift MMC reklam şirkəti ortaya xilas planı qoydu.

Reklam insanların təkbətək olduğu yerdə daha effektivdir
AzNews.info xəbər verir ki, şirkət, Bakı şəhərində yerləşən yeni yaşayış binalarının liftlərində quraşdırdığı posterləri digər reklam növlərindən daha effektiv olduğunu hesab edir. Reklamın insanların təkbətək olduğu yerdə daha yadda qalan olduğunu hesab edən şirkət, bu reklam növünün az büdcəli şirkətlər üçün əlverişli çıxış yolu olacağına əmindir.

Statistikası olan reklam
Bu gün Bakı şəhərində müxtəlif onlayn və offlayn reklam məcraları mövcuddur. Lakin onların bir çoxunun effektivliyi hələ də ölçülə bilir səviyyəyə gətirilməmişdir. Yəni marketinq mütəxəssisləri həmin reklamların effektivliyini ölçməkdə, onları rəqəmə gətirib çıxartmaqda çətinlik çəkirlər. Bir çox reklam daşıyıcılarından fərqli olaraq lift reklamında statistika çıxarmaq daha asan olduğundan, şirkətlər bunun effektivliyini dərhal ölçə biləcəklər.

Daha çox xidmət sektoru maraq göstərir
Şirkət nümayəndəsinin sözlərinə görə, bu reklam növünə ən çox maraq göstərən xidmət sektoru üzrə olan şirkətlərdir. Onlar hesab edirlər ki, bu növ reklamın insanların əlinin altında olması onların vaxtına qənaət edəcək.

Liftlərinin sayını 2000-ə çatdıracaq
Yeni fəaliyyətə başlamasına baxmayaraq, artıq marketoloqlarının kifayət qədər diqqətini cəlb etməyi bacaran şirkət, balansında olan 300-dən (50,400 insan) çox lifti yaxın bir il ərzində 2000-ə çatdırmağı planlaşdırır.

Xidmət sahələrilə tanışlıq
Bakı Lift MMC reklam şirkətinin icraçı Direktor vəzifəsini icra edən Anar Xaspolatov AzNews.info-ya müsahibəsində bildirdi ki, www.liftreklam.az saytında online Xəritə bölməsi var ki, bu xəritə vasitəsilə istənilən şəxs reklamı hansı ərazidə görmək istədiyini rahatlıqla təyin edərək, bizə bildirə bilər.
Veb sayt vasitəsilə BİZ SİZƏ ZƏNG EDƏK xidmətindən hər kəs yararlana bilər.
Büdcəsinə qənaet edərək daha effektiv reklam məcrasına baş vurmaq istəyənlər,
(055) 426 66 87 ilə (055) 409 38 15 nömrələrinə zəng edə və ya info@liftreklam.az ünvanına yaza bilərlər.

Bakı liftlərində reklamlar nümayiş olunacaq

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *