Azərbaycanlılar Yessentukidə 1,5 milyard xərcləyərək sanatoriya açıblar
Yessentuki şəhərində tamamilə Azərbaycan mənşəli özəl investisiyalar hesabına tikilmiş “İstoçnik” sanatoriyasının açılışı olub. Bu müalicə-istirahət obyektinin tikintisinə 1,5 milyard rubl (təxminən 23 milyon dollar) xərclənib.
Virtualaz.org “Fineko”ya istinadən xəbər verir ki, sanatoriyanın açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov və digər şəxslər iştirak ediblər.
Layihənin icrasında iştirak etmiş azərbaycanlı investorların arasında “Karat Holdinq” də var.
400 yerlik müalicə-istirahət mərkəzinin layihələndirilməsi “Holiday İnn”ə məxsusdur.
Mənbə:> Virtualaz.org