Şahin Mustafayev: Azərbaycanlı iş adamları xaricdə etibarlı tərəfdaş kimi tanınır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Şahin Mustafayev: Azərbaycanlı iş adamları xaricdə etibarlı tərəfdaş kimi tanınır

Şahin Mustafayev: Azərbaycanlı iş adamları xaricdə etibarlı tərəfdaş kimi tanınır


ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda isə 74% ötüb, 2004-2015-ci illərdə 71 mindən çox müəssisə, 1,5 milyona yaxın iş yeri açılıb.

Artıq Azərbaycan iş adamları ölkəmizlə yanaşı, xarici ölkələrdə həyata keçirilən layihələrdə fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, xaricdə etibarlı tərəfdaş kimi tanınırlar.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan qəzetində dərc edilmiş müəllif yazısında qeyd edib.

Nazir beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinə də toxunub:

“Ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan “Doing Business 2016” hesabatında Azərbaycanın mövqeyi 17 pillə yaxşılaşaraq 189 ölkə arasında 63-cü pilləyə yüksəlib, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.

“Qlobal Rəqabət Qabiliyyəti 2015-2016” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətlilik səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qoruyub, “G-20” yə üzv olan 8 ölkəni qabaqlayıb”.

Nazir həmçinin qeyd edib ki, İranla imzalanmış Anlaşma Memorandumuna əsasən, ilkin mərhələdə 50-dən çox adda dərman preparatının istehsal olunacaq:

“Bu ilin aprel ayında İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, əczaçılıq məhsullarının istehsalı həyata keçiriləcək.

İlkin mərhələdə müəssisədə 50-dən çox adda dərman preparatının istehsalı nəzərdə tutulur. Növbəti mərhələdə istehsal genişləndirilməklə daha çox dərman vasitəsini əhatə edəcəkdir”.

Şahin Mustafayev qeyd edib ki, bu gün sahibkarlara verilən lisenziyaların sayı 4 dəfə azaldılaraq 330-dan 87-ə endirilib:

“Bu ilin martında “Lisenziyalar və icazələr haqqında” qanun qəbul edilib ki, həmin qanuna əsasən, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilib”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *