BP-nin Türkiyə üzrə rəhbəri dəyişdi
BP-nin Türkiyə üzrə rəhbəri və şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bud Fakrel (Bud Fackrell) bu ilin iyunun 1-dən etibarən tutduğu vəzifədən azad olunub.
Oxu.Az-ın məlumatına görə, o öz postunu neft və qaz sahəsində 35 illik beynəlxalq təcrübəyə malik olan Mik Stampa (Mick Stump) verib.
Bud Fakrelin vəzifəsindən uzaqlaşmağına səbəb kimi isə onun təqaüdə çıxması ilə bağlı olduğu bildirilir.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli