Azərbayan otellərində “mənəviyyat polisi” » AzNews.info -Xəbər portalı

Azərbayan otellərində “mənəviyyat polisi”

Azərbayan otellərində “mənəviyyat polisi”


Yayın başlanması ilə Azərbaycanda turizm ilə bağlı problemlər kəskinləşir. Kimi yüksək qiymətlərə, kimi isə xidmət səviyyəsindən şikayətlənir, bununla yanaşı, qanuni həyat yoldaşı ilə gəlmədiyi üçün otelə buraxılmadığından gileylənənlər də var.

Xidmətlərin qiymət və keyfiyyətindən çox yazılıb, ona görə də bu dəfə sadaladığımız məsələlərdən sonuncu üzərində dayanmaq qərarına gəldik. Həqiqətənmi, Azərbaycanda – bir nömrəyə yalnız ailə üzvlərinin yerləşdirildiyi barədə yazılmamış qanun mövcuddur?!

Şayiələrə görə, Azərbaycan reallıqlarında ictimai qınaqdan uzaq olmağa, insan gözündən uzaqda yalnız qalmağa çalışan cütlüklər, yerli otel işçiləri simasında maneələrlə qarşılaşırlar. Otel işçiləri bir otaqda qalmaq istəyən müxtəlif cinsli müştərilərdən mütləq şəkildə nikah haqqında şəhadətnamə tələb edirlər.

Yeri gəlmişkən, hətta Mədəniyyət və Turizm Nazirliyi bəyan edir ki, bu qəbildən olan sənədi heç bir otelin istəməyə haqqı yoxdur:

“Məlum olduğu kimi, beynəlxalq qayda və təcrübəyə görə, oteldə qeydiyyatdan keçən hər bir vətəndaş xüsusi forma doldurur. Bura onun adı, soyadı, anadan olduğu il, daimi yaşayış yeri və s. məlumatlar daxil edilir.

Bu kağızda oteldə yaşayış qaydaları əks olunur.

Sənəddəki imza turistin qaydalarla və xidmət haqqı ilə tanış olduğunu təsdiqləyir.

Daha sonra kağızdakı məlumatlar otelin qeydiyyat bankına daxil edilir və müştərinin şəxsiyyət vəsiqəsi dərhal geri qaytarılır.

Əlavə olaraq bildiririk ki, mövcud qanunvericiliyə görə, oteldə qeydiyyat zamanı nikah haqqında şəhadətnamə tələb edilmir”, - nazirlikdən bildiriblər.

Otellərin administratorları/inzibatçıları ilk baxışdan lazımsız görünən tələblərini hüquq-mühafizə orqanı əməkdaşlarının sayıqlığı ilə izah edirlər. Belə ki, cari müəssisənin damı altında ailəli olmayan cütlüyü tutaraq bu oteli əxlaqsızlıq yuvası statusu ilə mükafatlandıra və onun sahibinə qarşı lazımi qanunların tətbiqini təmin edə bilərlər.

DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi, polkovnik Şərif Əsədullayev idarənin ölkə otellərinə nəzarət etmədiyini bəyan edir:

“İnsan Alverinə qarşı Mübarizə İdarəsi heç bir otel və mehmanxanaya nəzarət etmir. Bu barədə mətbuatda yayılan məlumat həqiqətəuyğun deyil”, - rəis bildirib.

Oxu.Az yerli otellərdə “Müştəri həmişə haqlıdır” prinsipinin necə işlədiyini yoxlamaq qərarına gəlib.

Bu məqsədlə biz respublikanın turizm nöqteyi-nəzərindən cazibədar olan mehmanxanalara zəng etdik.

Beləliklə, ilk zəng Qafqazın qədim şəhərlərindən biri Şəkidə yerləşən otel oldu.

Şəkidəki oteldən cavab verdilər ki, kişi və qadının eyni nömrədə yalnız qadının Şəkidən olmadığı halda, yerləşdirilməsi mümkündür.

“Siz ikinəfərlik otağı öz şəxsiyyət vəsiqənizi təqdim edərək tuta bilərsiniz, amma xanım Şəkidəndirsə, bizim üçün problem yaranacaq”.

Mingəçevirdə otel əməkdaşları əgər xanım yerlidirsə, onlara ikinəfərlik nömrə çətin ki, verilsin.

Qusarda birtərəfli qaydada bildirdilər ki, yerli xanımla gələn kişi otelə buraxılmayacaq.

Masallı otelinin nümayəndələri isə Azərbaycan otel biznesinin yazılmamış qanundan yan keçmək üçün daha orijinal yanaşma düşünüblər.

Belə ki, Masallıda iki müxtəlif nömrə götürməyi təklif edirlər. Harada gecələyəcəyiniz isə onların işi deyil. Əlbəttə, bu halda siz iki qat ödəniş etməli olacaqsınız.

Gəncədə iki otelə zəng etdik. Birində bildirdilər ki, ikinəfərlik nömrəni yalnız xanım Gəncəbasar ərazisində qeydiyyatda olmadığı halda verə bilərlər. Digərindən isə bildirdilər ki, ikinəfərlik nömrəni bir adam üçün qeydiyyatdan keçirə biləcəklərini, tərəfdaşı isə qonaq gəlmiş kimi otelə daxil ola və qeydiyyatsız oteldə qala bilər.

Biz bəxtimizi paytaxt otellərində sınamaq qərarına gəldik.

Bir neçə otelə zəng etdik. Məlum oldu ki, cütlüklər Bakıda yerləşən otellərdə daha asan nömrə tuta bilərlər. Sizdən yalnız şəxsiyyət vəsiqəniz tələb olunacaq.

Nəticədə isə Azərbaycan otellərində nikahı olmayan qadın və kişinin bir otaqda qalmasının həm mümkün, həm də mümkünsüz olduğu meydana çıxdı. Unutmayın ki, regionlara səyahət edərkən və gecəni yol yoldaşınızla keçirmək istərkən, öncə onun yerli olub-olmadığı ilə maraqlanın, yoxsa gecəni açıq səma altında ulduzları sayaraq keçirəcəksiniz.

Mənbə: Oxu.Az - Elvin Əhmədov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *