“ASAN ödəniş” sistemi iki gün işləməyəcək
26-27 may tarixlərində görülən profilaktik tədbirlərlə əlaqədar “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları xidmət göstərməyəcək.
Bu barədə “ASAN xidmət” dən Oxu.Az-a bildirilib.
“Həmçinin, vətəndaşların qeyd olunan müddət ərzində www.asanpay.az portalı üzərindən ödənişləri həyata keçirməsi də mümkün olmayacaq”, - deyə dövlət agentliyindən qeyd edilib
Qeyd edək ki, “ASAN ödəniş” sistemi vasitəsilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsilə həyata keçirə bilərlər.
İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli