Azərbaycanlı biznesmenin nəhəng obyektini sökməyə başladılar » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanlı biznesmenin nəhəng obyektini sökməyə başladılar – FOTO

Azərbaycanlı biznesmenin nəhəng obyektini sökməyə başladılar


Türkiyədə fəaliyyət göstərən və bir müddət əvvəl ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın İstanbuldakı bəzi obyektlərinin söküntüsünə başlanılıb. AzNews.info lent.az-a istinadən xəbər verir ki, R.Zərrabın İstanbulun Kandilli bölgəsində, dəniz sahilində yerləşən nəhəng villasını sökmək üçün İstanbul bələdiyyəsinin texnikası əraziyə gəlib. Lakin ərazidəki tikililərin çox kiçik hissəsi sökülüb.

Bildirilir ki, Kandillidəki Köşk adlanan ərazidə biznesmenə məxsus olan villalar qanunların tələbləri pozulmaqla inşa edilib. Bununla bağlı Mərmərə Memarlıq Bürosu da rəy verib.
Türkiyədəki əsas müxalifət partiyası olan CHP-nin nümayəndələri R.Zərrabın həmin ərazidə İstanbulun bələdiyyə sədri Kadir Topbaşın himayəsi ilə qanunsuz tikililər inşa etdsiyini və söküntünün də onun müdaxiləsi ilə dayandırıldığını bəyan edib.

Azərbaycanlı biznesmenin nəhəng obyektini sökməyə başladılar
Azərbaycanlı biznesmenin nəhəng obyektini sökməyə başladılar

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *