Türk dünyasının sultanı borca görə sarayını satdı – VİDEO+FOTO
Türk dünyasının sultanı hesab olunan məşhur aktrisa Türkan Şoray borclarını ödəmək üçün bahalı villasını satdığı iddia edilib. ANS PRESS-in məlumatına görə, aktrisa Bebektəki olan malikanənisini 10,5 milyon dollara satıb.
Türkan Şorayın evinin satmasının səbəbi isə rejissorluq etdiyi "Uzaklarda arama" filminin uğursuz olmasısıdr. İddia olunur ki, aktrisa filmə xərclədiyi pulu çıxarda bilməyib və maddi ziyana düşüb.
Məlumata görə, aktrisa 6 milyon dollara yeni ev alıb, pulun qalan hissəsi ilə borclarını bağlayıb. "Yeşilçam" ulduzu bu barədə danışmaq istəməyib: "Evimlə əlaqədar gündəmə gəlmək istəmirəm. Bu, mənim şəxsi işimdir".
Ötən il Türkan Şorayın Bakıda “Uzaqlarda arama” filminin premyerası baş tutub. Aktrisa qızı Yağmur Unal ilə birlikdə mərasimdə iştirak ediblər.
Türkan Şoray müasir Türki kinosunun ən tanınmış qadınlarından biridir. Aktrisanı kiçikdən tutmuş böyüyə kimi hamı tanıyır və sevir. 28 yaşına çatanda onun çəkildiyi filmlərin sayı 200-ə (15 il ərzində) çatıb.
Mənbə:> ANSPRESS