Azərbaycanın valyuta ehtiyatları borcundan 5,6 dəfə çoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanın valyuta ehtiyatları borcundan 5,6 dəfə çoxdur

Azərbaycanın valyuta ehtiyatları borcundan 5,6 dəfə çoxdur

2015-ci ildə inflyasiya 4% olub.

2015-ci ildə əhalinin gəlirləri 2014-cü illə müqayisədə 5,7% artaraq 41,7 milyard manata çatıb, əhalinin hər nəfərinə düşən gəlirin həcmi orta hesabla 4380,1 manat və ya ayda orta hesabla 365 manat təşkil edib.

Hər nəfərə düşən gəlirlərin artımı 4,5% olub ki, bu da istehlak qiymətlərinin indeksindən (inflyasiyadan) 0,5 faiz-bənd çoxdur.

Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı hesabatda əks olunub.

“Gəlirlərin 72,1%-i son istehlaka, 15,9%-i əmanətlərin və kapitalın artırılmasına, 9,1%-i vergilərin, sosial sığortanın və üzvlük haqlarının ödənilməsinə, 2,9%-i isə kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilmişdir. 2015-ci ildə əhalinin sərəncamında qalan gəlir əvvəlki illə müqayisədə 5,6% artaraq 37,9 milyard manat olub”, - deyə hesabatda əks olunub.

Hesabata görə, 2015-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqı 466,4 manat təşkil etməklə, əvvəlki illə müqayisədə 5% artıb.

“Ölkənin valyuta ehtiyatları 2016-cı ilin 1 yanvar tarixinə 38,6 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da xarici dövlət borcundan təqribən 5,6 dəfə çoxdur. 2015-ci ildə istehlak qiymətlərinin indeksi (inflyasiya) 4% olub”, - deyə nazirlikdən qeyd edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *