Bakı Limanı Beynəlxalq Limanlar Assosiasiyasının konfrasına ev sahibliyi edəcək » AzNews.info -Xəbər portalı

Bakı Limanı Beynəlxalq Limanlar Assosiasiyasının konfrasına ev sahibliyi edəcək – FOTO

Bakı Limanı Beynəlxalq Limanlar Assosiasiyasının konfrasına ev sahibliyi edəcək


10-13 may 2016-cı il tarixlərində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndə heyəti 88 ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Port and Harbors - IAPH) Panamada keçirilən illik konfransında iştirak edib.

Oxu.Az-a daxil olan məlumata görə, konfrans zamanı IAPH-in Direktorlar Şurası yekdilliklə 2018-ci ildə illik konfransını Bakı şəhərində keçirmək qərarı veribdir.

Qeyd edək ki, Bakı Limanı 2010-cu ildən etibarən IAPH-in tam hüquqlu üzvüdür.

IAPH-in Baş katibi Susumu Naruse bu münasibətlə deyib ki, “IAPH dünyanın aparıcı limanları üçün əməkdaşlıq etmək və qarşılıqlı təcrübədən öyrənmək üçün gözəl platformadır. 2018-ci ildə keçiriləcək konfransımıza ev sahibliyi etmək üçün Bakı şəhərini seçdiyimiz üçün çox məmnunuq və Azərbaycana səfər edərək yeni Bakı Limanı və ətrafında gedən inkişafı öz gözümüzlə görməyi səbirsizliklə gözləyirik”.

IAPH-in prezidenti Santiago Garcia Mila isə öz növbəsində bu konfransın Azərbaycanda və ümumiyyətlə sürətli iqtisadi inkişaf yolu keçən regionda təşkilatın ilk tədbiri olduğunu vurğulayıb:

“İnanıram ki, dünyanın hər yerindən gələcək liman nümayəndələri Bakı Limanının Avrasiya məkanında nəqliyyat və logistika mərkəzinə çevrilmək istiqamətində gördüyü işlərlə tanış olmağa şad olacaqlar”.

Bakı Limanının baş direktoru Taleh Ziyadov IAHP-in illik konfransının Bakıda keçirilməsi qərarını mühüm hadisə kimi dəyərləndirdi:

“Bakı Limanının bu tədbirə ev sahibliyi etməsi ölkəmizin tanıdılması baxımdan əməliyyətlidir. Dünyanın müxtəlif limanlarından 500-dən çox qonağın 2018-ci ildə ölkə paytaxtına səfər etməsi gözlənilir.

Qonaqlar yeni Bakı Limanı və Azad Ticarət Zonası (ATZ) ilə əyani tanış olmaqla yanaşı, ölkəmizin tarixi və mədəniyyəti haqqında daha geniş məlumat toplamaq imkanı əldə edəcəklər”.

Baş qərargahı Tokio şəhərində yerləşən IAPH 1955-ci ildən fəaliyyət göstərir və hər il keçirdiyi konfranslarda limanların dayanıqlıq və təhlükəsizlik məsələləri, innovativ avadanlıqlarının tətbiqi, ətraf mühitdə baş verən dəyişikliklərin limanlara təsiri, informasiya texnologiyaları və liman əməliyyatları və s. kimi mühüm mövzuları müzakirə olunur.

Qeyd edək ki, 2015-ci ildə Hamburq şəhərində keçirilən illik konfransa 2017-ci ildə Bali şəhəri (İndoneziya) ev sahibliyi edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2016-cı il 17 mart tarixli Sərəncamı ilə yeni Bakı Limanı (Ələt terminalı) və ətrafında ATZ-ın yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. 2017-ci ildən ATZ-in tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulub.

Bakı Limanı Beynəlxalq Limanlar Assosiasiyasının konfrasına ev sahibliyi edəcək
Bakı Limanı Beynəlxalq Limanlar Assosiasiyasının konfrasına ev sahibliyi edəcək

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *