Azərbaycanda bir qrup vətəndaş üçün iş saatı azaldıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda bir qrup vətəndaş üçün iş saatı azaldıla bilər

Azərbaycanda bir qrup vətəndaş üçün iş saatı azaldıla bilər


Azərbaycanda qısaldılmış iş vaxtının 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlərə də şamil edilməsi təklif edilir.

AzNews.info xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Əmək Məcəlləsinə yeni dəyişikliyin edilməsi nəzərdə tutulur.

Məcəllənin hazırkı variantına əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Məcəlləyə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən isə qısaldılmış iş vaxtı yuxarıda adı sadalanan kateqoriyadan olan insanlarla yanaşı, 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil olunacaq. Layihədə qeyd edilir ki, belə valideynlər üçün qısaldılmış iş vaxtının müddəti həftə rəzində 36 saatdan artıq olmamalıdır.

Qeyd edək ki, Məcəlləyə yeni dəyişiklikləri nəzərdə tutan layihə Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *