Cəbhə bölgəsində feremer təsərrüfatı yaradılır – VİDEO
Qeyri neft sektorunun inkişafına diqqətin artırılması xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının ölkədə sərmayə qoymasına marağını artırıb. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, uzun illər Rusiyada yaşayan iş adamı Bəşir Məmmədov isə yeni pilot təsərrüfatın yaradılmasını cəbhə xəttinə yaxın yerləşən Füzuli rayonunda planlaşdırır.
Tərəvəz məhsullarının istehsalı üçün nəzərdə tutulan layihəyə əsasən 24 hektar sahədə 12 istixananın inşa edilməsi nəzərdə tutulub. Bu həm də bölgədə 300 dən çox yeni iş yerinin açılması deməkdir.
ANS əməkdaşı layihənin rəhbəri Bəşir Məmmədovla əkin sahəsində görüşüb. Rusiya Türkiyə mallarına məhdudiyyət qoyduğundan Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarına təlabat artıb. Bu da gələcəkdə istehsal edəcəkləri məhsulun bazarda daha tez alıcı tapmasına səbəb olacaq.
“İstixanada pomidordu, badımcandı, çiyələkdir yetişdirib, Rusiyaya, xarici dövlətlərə ixrac eləməyimiz nəzərdə tutulur. Düşünürük ki, avqust ayına qədər 10 hektarnı, yəni 5 dənəsini tikib başa gətirək, noyabr ayı məhsulumuzu götürmək kimi fikrimiz var.” – deyə fermer Bəşir Məmmədov bildirir.
Müasir üslubda inşa ediləcək layihənin həyata keçirilməsində Türkiyədən mütəxəssilər də iştirak edəcək.
“Bir ay öncə gəldik bura torpaqdan, sudan analiz aldıq. Bu torpaqlarda yaxşı pomidor yetişdirmək olar. 1 hektardan 200 ton pomidor yetişdirməyi düşünürük.” – deyə türkiyəli aqronom Məsud Barış qeyd edib.
Pilot layihəni məhz gərgin döyüşlərin getdiyi əraziyə yaxın yerdə həyata keçirilməsi simvolik xarakter daşıyır.
Mənbə:> ANSPRESS