Sosial evlərin tikintisinə başlanılır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Sosial evlərin tikintisinə başlanılır

Sosial evlərin tikintisinə başlanılır


Azərbaycanda sosial evlərin tikilməsi ilə bağlı müəyyən layihələr həyata keçirilir. Artıq buna start verilib və müəyyən rayonlarda tenderlər baş tutub.

AzNews.info xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.

Deputatın sözlərinə görə, sosial evlərin tikilməsi ilə işlər davam etdirilir:

“Artıq bəzi rayonlarda tenderlər keçirilib. Sosial evlərin tikilməsi ilə bağlı ciddi problem mövcud deyil. Layihənin həyata keçirilməsi çox vacibdir.

Çünki əhalinin böyük hissəsinin evə ehtiyacı var. Sosial layihə əsasən orta və aşağı təbəqə üçün nəzərdə tutulub. Bunun ən mühüm cəhəti ondan ibarətdir ki, əgər ipoteka yalnız iri şəhərlər üçün nəzərdə tutulmuşdusa, sosial evlərin tikilməsi ölkənin bütün rayonlarını əhatə edəcək. Aztəminatlı ailələr sosial evlərdən istifadə edə biləcəklər”.

Qeyd edək ki, prezident İlham Əliyev bu ilin aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Agentlik Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə yaradılıb.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev təyin edilib.

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *