Neftin qiyməti ucuzlaşmağa başladı
Dünya bazarında neftin qiyməti ABŞ-ın ehtiyyatları barədə məlumatları fonunda ucuzlaşmağa başlayıb.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
Brent markalı neftin iyun fyuçerslərinin biir barelinə görə qiyməti 1,31% ucuzlaşaraq 45,2 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,31 azalaraq 43,6 dollar təşkil edib.
Mənbə:> Oxu.Az