Bu gecə dolların taleyi həll olunacaq – VACİB QƏRAR
Bu gün dünya valyuta bazarlarında bütün diqqət ABŞ Mərkəzi Bankının (FED) axşam keçirəcəyi iclasda verəcəyi qərara yönəlib.
“Qafqazinfo”nun məlumatına görə, iclas yerli vaxtla saat 22:00-da baş tutacaq. İclasda FED-in yeni addımlar atacağı gözlənilməsə də, yığıncaqdan sonra qurumun sədri Janet Yellen jurnalistlərin suallarını cavablandıracaq.
Mətbuat konfransında veriləcək mesajların valyuta bazarlarında həlledici olacağı proqnozlaşdırılır. Həmçinin, iclasdan sonra faiz artırmağın təxirə salınması, ancaq bu təxirəsalmanın uzunmüddətli olmayacağının vurğulanması da gözlənilir.
Qeyd edək ki, FED ötən il dekabrın 16-sı keçirdiyi iclasdan sonra faizləri artıraraq 0.25-0,50% aralığında müəyyən edib.
Mənbə:> Qafqazinfo.az