Dollarla olan kreditlər manatla əvəzlənə bilərmi?
Dollarla verilən kreditlərin manata konvertasiyası təklif edilir. Bəzi bankların rəhbərləri də bu proseslə razılaşırlar.
Ekspert Vüqar Bayramov “ATV Xəbər”ı açıqlamasında deyir ki, proses həm bankın, həm də müştərinin xeyrinə olacaq və hər iki tərəf risklərdən sığortalanmış olacaq. Dollarla verilən kreditlərin milli valyutaya konvertasiyası praktikası Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Çexiyada tətbiq olunub. Oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var: “Konvertasiya edilən zaman məzənnə bankla vətəndaş arasında razılaşdırıla bilər. Məsələn, kredit götürüb 1 manat beş qəpik olan zaman, hazırda isə 1 dollar 1 man 50 qəpikdir, o zaman orta məzənənin seçilməsi mümkündür. Nəticədə nə vətəndaş itirir, ödəməkdə davam edir, nədə ki, bank itirmiş olur”.
Nəzərə alsaq ki, vətəndaşın gəliri manatladır, bu zaman onun krdeiti dollarla deyil, manatla ödəmə imkanları daha yüksək olur: “Artıq o bilir ki, aylıq olaraq nə qədər ödəniş edəcək və əmək haqqının hansı hissəsini kreditin ödənilməsinə yönəldəcək. Bu baxımdan, vətəndaş üçün bir arxayınçılıqdır. Vətəndaşı praktiki olaraq risklərdən sığortalamış olur. Banklar üçün də konvertasiya əhəmiyyətlidir. çünki əgər bank vəsaiti dollardan manata konvertasiya edirsə praktik olur ki, vətəndaş kredit götürən şəxs onu geri qaytaracaq. amma dollarla olanda həmin kreditin geri qayıtmasında problem olur və bankın da problemli kreditlərinin həcmi artır və uduzan tərəf yenədə bank olur”.
Mənbə:> ATV.az