ABŞ-a 100 dollarlıq əsginazlardan imtina etmək təklif olundu
ABŞ-ın sabiq maliyyə naziri Lourens Sammers korrupsiya və cinayətkarlıqla mübarizə məqsədilə yüz dollarlıq əskinazların dövriyyədən çıxarılmasını təklif edib.
Oxu.Az “Vedomosti”yə istinadən xəbər verir ki, Sammers həmçinin qeyd edib ki, 500 avro dəyərində olan əskinazların da dövriyyəsini dayandırmaq lazımdır.
O, Harvard Universitetinin Biznesin və idrəçiliyin problemlərinin öyrənilməsi mərkəzinin araşdırmalarına istinad edir. Bu araşdırmalara görə, 1 milyon dollar 500 avroluq əskinazlarla olduqda cəmi 1 kq çəkisi olur, ona görə də daşınması və ötürməsi rahatdır. Eyni məbləğ iyirmi dollarlıq əskinazlarda 20 kq çəkiyə malik olur.
Sabiq maliyyə nazirinin fikrincə, ABŞ və Avropa İttifaqı bu məsələdə razılaşmaya gəlməlidirlər.
Mənbə:> Oxu.Az