“Mançestr Yunayted” sürətlə ucuzlaşır
2016-cı ilin əvvəlindən “Mançestr Yunayted”in səhmləri 20% ucuzlaşıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, fevral ayının 11-də komandanın vitse-prezidenti Ed Vudvort vəziyyətə aydınlıq gətirmək üçün maliyyə analitikləri və investorlar ilə görüşəcək.
Hazırda klub İPL turnir cədvəlində beşinci yeri tutur.
Bundan başqa Lui van Qalın komandası Çempionlar liqasının play-off mərhələsinə çıxa bilməyib.
Mənbə:> Oxu.Az