Texniki nəzarətin tələb olunmadığı tikinti obyektlərinin siyahısı dəyişdirildi
Azərbaycanda “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin Siyahısı”nda dəyişiklik edilib.
Bu barədə Nazirlər Kabinetindən Oxu.Az-a bildirilib.
Belə ki, dəyişikliyə əsasən, “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin Siyahısı”nın 6-cı hissəsində “yaşayış evləri” sözləri “tikinti obyektləri” sözləri ilə əvəz edilib.
Mənbə:> Oxu.Az