Neftin qiyməti 35 dolları ötdü
Dünya bazarlarında neft sürətlə bahalaşır.
Oxu.Az hərracların gedişinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent neftinin mart fyuçeslərinin qiyməti bir barelə görə 0,77% bahalaşaraq 35,31 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,05% artaraq 32,62 dollar olub.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli