Dövlət büdcəsini icrasına nəzarət gücləndirilir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Dövlət büdcəsini icrasına nəzarət gücləndirilir

Dövlət büdcəsini icrasına nəzarət gücləndirilir


Azərbaycan Hesablama Palatası və İqtisadiyyat Nazirliyi arasında Razılaşma Memorandumu imzalanıb.

Bu barədə Platadan Oxu.Az-a bildirilib.

“Memorandum dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərclərinin icrasına dövlət və ictimai nəzarətin gücləndirilməsi, dövlət vəsaitlərinin qənaətli, səmərəli və nəticəli istifadəsinin təmin edilməsinə töhfə verilməsi, məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və alternativ informasiya mənbəyinin yaradılması məqsədilə imzalanıb”, - deyə Palatadan qeyd edilib.

Hesablama Palatasının 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planı çərçivəsində imzalanmış bu memorandum qanunvericiliklə Palata ilə Nazirliyə həvalə edilmiş funksiyaların yerinə yetirilməsi zamanı fəaliyyətin koordinasiyasını təşkil etməklə vəzifələrin səmərəli şəkildə icrası istiqamətində əməkdaşlığı təmin edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *