Bakıda daha bir avtomobil salonu bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Avto

Bakıda daha bir avtomobil salonu bağlandı

Bakıda daha bir avtomobil salonu bağlandı


Dolların bahalaşması avtomobil bazarına da təsirsiz ötüşməyib.

AzNews.info Fins.az-a istinadən xəbər verir ki, ölkəyə gətirilən yeni avtomobillərin bahalaşması,bundan əlavə gəlirlərin azalması nəticəsində müştərilərin nəğd ödəmə qabiliyyətinin olmaması və bankların da avtokreditləri dayandırması satış salonlarının bağlanmasına təsir göstərib. Artıq bir neçə aydır avtomobil satılmayan salonları bağlanır.

Növbəti dəfə Bakıda “Pejo” avtomobillərinin satış salonu bağlanıb. Bu barədə “Auto Azerbaijan” şirkətindən bildirilib. Şirkətdən verilən məlumata görə, ötən aydan etibarən Xətai rayonu, Babək prospekti, 2269 ünvanında yerləşən satış salonu bağlanıb.

Qeyd edək ki, “Auto Azerbaijan” “Jeep” , “Dodge”, “Chrysler”, “Hyundai” markaları ilə yanaşı “ Pejo” avtomobillərinin də Azərbaycanda rəsmi təmsilçisi idi. “ Pejo” avtomobillərinin satış salonu isə Bakıda 2012-ci ilin sentyabr ayında açılmışdı.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *