Bakıda valyuta alverçiləri cərimələndi
Bakıda üç nəfər valyuta tənzimi qaydalarını pozduqlarına görə cərimə ediliblər.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirlərilə Bakı şəhər sakinləri Hüseyn Əliyev, Adil Əliyev və Abşeron rayon sakini Nəcəf Nəcəfov valyuta tənzimi qaydalarını pozduqlarına görə barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunmuşlar.
Mənbə:> Oxu.Az